Rusiya Dövlət Duması Belarusla vizaların qarşılıqlı tanınması haqqında sazişi ratifikasiya edib.
Saziş Dumanın bu gün keçirilən plenar iclasında ratifikasiya olunub.
“Sazişin icrası çərçivəsində Belarus tərəfi ilə verilmiş və ləğv edilmiş giriş və qalma icazələri, habelə Rusiya və Belarus sərhədlərinin buraxılış məntəqələrindən keçməsi barədə məlumat mübadiləsi sistemi yaradılacaq”, – deyə saziş layihəsində qeyd olunub.