Rusiya Kino Sahibləri Assosiasiyası Beynəlxalq Kino Assosiasiyasından (UNIC) çıxmaq barədə qərar qəbul edib, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
UNIC – Avropa milli kino assosiasiyalarını və kino sahiblərini birləşdirən təşkilatdır. Bildirilir ki, assosiasiyadan çıxmaq qərarı Rusiyaya qarşı sanksiyalar və bir neçə iri kinostudiyaların, o cümlədən “Walt Disney Company”, “Sony Pictures”, “Warner Bros”, “Paramount” və “Universal” şirkətlərinin ölkə bazarından çıxması fonunda qəbul edilib.