Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasına sədrlik müddəti başa çatıb. İyulun 1-də bu rol Rusiyaya keçib. Təhlükəsizlik Şurasına sədrlik hər ay bir ölkədən digərinə keçirilir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ölkə sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb.
İyulun 17-də Yaxın Şərqdə nizamlanma ilə bağlı açıq müzakirələr olacaq. Hər iki tədbirə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edəcəyi gözlənilir. İyulun 19-da BMT və KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair debatların keçirilməsi planlaşdırılır.