Rusiyanın hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşları xüsusi göstərişə qədər qadağan edilib.
Bu barədə “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradkobildirib.
Xatırladaq ki, martın 10-da göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olan “Ethiopian Airlines” aviaşirkətinin “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb.
Qeyd edək ki, Avropa İttifaqı ölkələri də daxil olmaqla bir sıra ölkələr “Boeing 737 MAX 8” və “Boeing 737-9 MAX” təyyarələrinin Aİ hava məkanında uçuşlarını qadağan ediblər.
©Report