Bu il Rusiyada neft hasilatının 525-530 milyon ton səviyyəsində olacağı gözlənilir.
Bu barədə Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Düşünürəm ki, biz 525-530 milyon tona yaxın səviyyəyə çıxacağıq”, – Aleksand Novak qeyd edib.
Məlumata görə, 2021-ci ildə Rusiyada neft hasilatı 524 milyon ton təşkil edib.