9 C
Baku
Friday, December 13, 2024

Rusiya Çinə qaz nəql edəcək

“Rusiya Federasiyasından Monqolustan vasitəsilə Çinə qaz nəqli üçün “Sibirin Gücü-2” layihəsi  “çox perspektivlidir” və artan qaz istehlakı fonunda ona tələbat olacaq”. 

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Şübhəsiz ki, biz bu layihəni tərəfdaşlarımızla, Çinlə əməkdaşlığın inkişafında əsas layihələrdən biri hesab edirik”, – Novak bildirib.

Onun sözlərinə görə, hazırda layihə üçün lazım olan bütün işlər gedir və “Qazprom”la çinli tərəfdaşlar arasında danışıqlar davam edir.

“Sibirin gücü 2” vasitəsilə Krasnoyarsk diyarında və İrkutsk vilayətindəki “Rosneft” yataqlarından qazın vurulması imkanlarından danışan  Novak qeyd edib ki, Şərqi Sibirdəki yataqlar “daxili bazar və qazın doldurulması imkanları üçün hərtərəfli istifadə edilməlidir”.

Baş nazirin müavini bundan əvvəl məlumat vermişdi ki, Rusiyadan Çinə “Sibirin gücü” boru kəməri ilə qaz nəqli keçən il rekord həddə – 15,5 milyard kubmetrə çatıb.

Sibirin gücü ilə Çinə qaz tədarükü 2019-cu ilin sonunda başlayıb və 2020-ci ildə 4,1 milyard kubmetrə çatıb. 2021-ci ildə tədarüklər 10,4 milyard kubmetrə qədər artıb. Eyni zamanda, layihə inkişaf etdikcə tədarük həcminin 2025-ci ilə qədər planlaşdırılan 38 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər