16 C
Baku
Friday, October 18, 2024

“Rusiya Dəmir Yolları” Azərbaycan ərazisindən yükdaşımalarda mövcud endirimlərin müddətini uzadıb

“Rusiya Dəmir Yolları” QSC-nin (RJD) idarə heyəti geniş çeşiddə yüklərin daşınması üçün əvvəllər tətbiq edilmiş endirimləri 2024-cü il üçün də uzadıb.

“Rusiya Dəmir Yolları” QSC-nin saytına istinadla xəbər verilir ki, ölkədaxili qısa məsafələrə yükdaşımalarda 50 faizədək endirim qüvvədə saxlanılıb. Həmçinin Azərbaycanla sərhəddə yerləşən Samur sərhəd-keçid məntəqəsindən və daha sonra Azərbaycan-Gürcüstan sərhədindəki Böyük-Kəsik-Qardabani sərhəd-keçid məntəqəsindən qara metalların, habelə Tacikistan və Özbəkistandan idxal edilən meyvə-tərəvəzin daşınmasına 50 faizlik endirim tətbiq edilir. Selyatino (Moskva vilayəti) – Sergeli (Özbəkistan) marşrutu üzrə Kanisay sərhəd stansiyası vasitəsilə, əks istiqamətdə isə – Ozinki stansiyası ilə (indiki Selyatino-Cizzax marşrutuna aiddir) soyuducu konteynerlərdə daşımalara görə 20,4 faiz; Cənubi Ural Dəmir Yolunun bir sıra stansiyalarından Belarusa neft nəqli üçün 33,5 faizədək; daşıyıcı avtomobillərdə yüklərin daşınmasına görə 17,5 faiz və boş vaqonların hərəkətinə görə 50 faiz güzəşt olacaq.

Bununla yanaşı, Uzaq Şərq Dəmir Yolu stansiyalarından yüklənmiş konteynerlərin ölkədaxili və idxal daşımaları üzrə 20,7 faizlik endirimi qüvvədə qalıb.

Bundan əlavə, yükün Qazaxıstan və Türkmənistan arasında (“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutu) Bolaşak-Serhetyaka sərhəd keçid məntəqəsindən də keçməsi şərti ilə Rusiya-Qazaxıstan sərhəd -keçid məntəqələri vasitəsilə ixrac-idxal konteyner daşımalarına 20 faizlik endirim tətbiq olunacaq.

Qeyd edək ki, dəmir yolu nəqliyyatına əlavə həcmdə yüklərin cəlb edilməsi məqsədilə şirkət tərəfindən bir sıra digər tarif qərarları da qəbul edilib və geniş istiqamətlər üzrə soyuducu konteynerlərdə yüklərin daşınmasına dair güzəştlər paketi yenilənib.

Son xəbərlər
Digər xəbərlər