7 C
Baku
Thursday, December 12, 2024

Rusiya “Drujba”sından nəql dayanır, neftin qiyməti sıçrayır

Çərşənbə axşamı günü neftin qiyməti hər bareli üçün $1-i ötüb. Rusiyanın “Drujba” neft boru kəmərinin cənub hissəsi ilə Avropaya neft ixracının avqustun əvvəlindən dayandırıldığını elan etməsi ardından əvvəlki qiymət enişini geri bərpa edib və bu hal tədarükün sıxlığı ilə bağlı narahatlığı bir qədər yüksəldir.

Rusiyanın boru kəməri “Transneft” bildirib ki, Qərb sanksiyaları Moskvadan tranzit ödənişləri üçün ödənişin həyata keçirilməsinə mane olduğu üçün Ukrayna üzərindən neft nəqlini dayandırıb.

İndi bazarda struktur defisiti var. Baxmayaraq ki, neftin qiyməti Ukrayna müharibəsindən əvvəlki dövrə qədər enmişdi, cari durumda birjalar belə hadisələrə çox həssas yanaşır.

131231312312

Brent markalı neftin bir barreli Bakı vaxtı ilə 16:00 radələrində $1.28, yaxud 1.3% artaraq $97.93 olub. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti $1.18 və ya 1.3% artaraq $91.94 olub.

Bu günə qədər bir neçə xəbərlər var idi ki, bu da neftin qiymətinin bir qədər azalması üçün əsas idi, hansı ki, təchizatla bağlı narahatlığı səngitmişdi. Lakin “Drujba”nın bağlı xəbər bazarda qiymət artımı üçün təziyiqim kimi gündəm olaraq qalacaq.

Son xəbərlər
Digər xəbərlər