9 C
Baku
Thursday, December 12, 2024

Rusiya Ermənistana 1 milyard dollar sərmayə qoyacaq

“Rusiya Ermənistana qarşıdakı dövrdə 1 milyard dollara yaxın sərmayə qoymağı nəzərdə tutur”.

TASS xəbər verir ki, bunu 8-ci Ermənistan – Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dimitriy Volvaç bildirib.

“Statistikaya görə hazırda Ermənistana qoyulan xarici sərmayələrin 40 faizi Rusiyadandır. Məncə, bu rəqəmin belə səviyyədə qalacağı çox məntiqli olar. Təbii ki, başqa ölkələrdən, başqa tərəfdaşlardan da sərmayələr gəlir, amma Rusiyanın, Rusiya sahibkarlarının Ermənistan iqtisadiyyatındakı mövqelərini, əhəmiyyətini saxlayacağına inanıram” – nazir müavini deyib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov yaxın illərdə Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına 1 milyard dollara yaxın sərmayə qoymağa hazır olduqlarını təsdiqləyib: “Aramızdakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəsini keçib, Rusiya şirkətləri Ermənistanda ən iri vergi ödəyiciləridir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər