22 C
Baku
Sunday, June 23, 2024

Rusiya gələn il neft hasilatını bir qədər də artıra bilər – PROQNOZ

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi korrektə edib.

Bu barədə OPEC-in aylıq hesabatı xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,79 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozla müqayisədə 0,01 mln. barel artıma doğru korrektə deməkdir. Ötən ilin göstəricisi ilə müqayisədə bu il hasilat üzrə 1,91% artım gözlənilir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 11,78 mln. barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

Proqnoza əsaslanaraq qeyd etmək olar ki, bu ilin proqnoz göstəricisi ilə müqayisədə gələn il Rusiya gündəlik neft və digər maye karbohidrogenlərin hasilatını 9,12% artıra bilər.

OPEC-in məlumatlarına görə, ötən il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 10,59 mln. barel olub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər