7 C
Baku
Thursday, December 12, 2024

Rusiya Hindistana neft ixracına görə S. Ərəbistanını geridə qoyub

Rusiya mayda Hindistanın ikinci ən böyük neft ixracatçısı olub, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir. Vurğulanır ki, birinci yerdə İraq, üçüncü yerdə isə Səudiyyə Ərəbistanı qərarlaşıb.

Hindistanın neftayırma zavodları ötən ay təxminən 819 min barel Rusiya nefti alıb (apreldə cəmi 277 min). May ayında respublikaya bütün idxalın təxminən 16.5%-ni Rusiya nefti təşkil edib. Reuters-in izah etdiyi kimi, sanksiyalardan sonra avropalı alıcıların Rusiya neftinə marağı azalıb, ona görə də Hindistan onu endirimli qiymətə ala bilər.

Həmçinin may ayında Asiya ölkələri Rusiyadan neft alışına görə ilk dəfə olaraq Avropanı ötüblər. Kpler analitiki Jane Xie qeyd edib ki, bu rəqəm əsasən Hindistanda alışların artması hesabına  yüksəlib.

Son xəbərlər
Digər xəbərlər