9 C
Baku
Thursday, December 12, 2024

Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 11 dəfə azalıb

Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 2022-ci ildən bəri 11 dəfə azalıb.

2021-ci ildə ABŞ Rusiyanın ən böyük ticarət tərəfdaşları arasında beşinci yeri tutub. Ticarət dövriyyəsinin 90%-ni Rusiyadan ABŞ-a tədarük təşkil edib. Dövriyyədə cəmi üç əsas kanal qalıb – Rusiyadan nüvə yanacağı, gübrələr və platin qrupu metallarının tədarükü.

2023-cü ilin yeddi ayı ərzində ABŞ Rusiyadan təxminən 3 milyard dollar dəyərində mal alıb ki, bunun da 2,5 milyard dolları bu üç qrupa daxil olan mallardır.

2022-ci ilin yazında ABŞ Rusiyadan neft və neft məhsulları, almaz və dəniz məhsullarının idxalına qadağa qoyub. Yayda polad, bəzi alüminium məmulatları, rezin, taxta və s. idxalına da 35 faizlik qoruyucu tarif müəyyən edilib. Bundan sonra Rusiyadan ABŞ-a qara metalların idxalı demək olar ki, sıfıra enib. Bununla belə, nüvə yanacağı, mineral gübrələr və platin qrupu metalları kimi mallar sanksiyalara məruz qalmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər