10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 41% artıb

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi dörd ayda 41,3% artıb.

Bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında bildirilir.

İki ölkə arasında ticarət dövriyyəsi ilin ilk dörd ayında 70 milyard dolları keçib.

Maraqlıdır ki, yanvar-aprel aylarında Çinin xarici ticarətinin həcmi 1,9% azalaraq 1,94 trilyon dollara düşüb. Eyni zamanda, Çindən mal ixracı 2,5% artaraq 1,12 trilyon dollara çatıb. Digər ölkələrdən Çinə tədarüklər 7,3% azalaraq 822,76 milyard dollar təşkil edib.Çinin müsbət ticarət balansı isə illik müqayisədə 45% artaraq 294,19 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər