20 C
Baku
Friday, May 3, 2024

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord 240 mlrd. dollara çatıb

2023-cü ilin sonunda Çin və Rusiya arasında ticarət dövriyyəsi 26.3% artaraq 240.11 milyard dollara çatıb ki, bu da yeni rekord olub. Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Departamentin hesabatına görə, bu dövrdə Çindən Rusiya Federasiyasına ixrac 46.9% artaraq 110.97 milyard dollara yaxın, Rusiya mallarının idxalı isə 12.7% artaraq 129.14 milyard dollara çatıb.

2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29.3% artaraq 190.271 milyard dollara çatmışdı. Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin Çini Rusiyanın əsas tərəfdaşı adlandırıb. Baş nazirin müavini Dmitri Çernışenkonun sözlərinə görə, Rusiya ilə Çin arasında milli valyutada hesablaşmalar demək olar ki, 92% təşkil edir. Baş nazir Mixail Mişustin dekabrda Çin prezidenti Si Cinpin ilə görüşüb və bildirib ki, Rusiya və Çin arasında əməkdaşlıq çətin sınaqların öhdəsindən gəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər