“Transparency International Georgia” nın qiymətləndirmələrinə görə, Rusiya ilə münasibətlərin kəskinləşməsi Gürcüstanın ilk növbədə turizm sektoruna təsir göstərəcək.
Banker.az xəbər verir ki, ölkə 100 milyon dollara qədər ziyana gedə bilər.
Belə olduğu halda, itkilərin Avropa turistləri hesabına kompensasiya edilməsi proqnozlaşdırılır.
“Biz digər sahələri aktivləşdirməliyik. Əvvəllər turizm departamentinin əsas fəaliyyət istiqaməti Rusiya idi – bu sahədə reklamlarımız çox olub. İndi isə bu resurs digər ölkələr üzrə paylanılmalıdır”, – deyə ölkənin iqtisadçısı Namçavadze bildirib.
Rusiyadan Gürcüstana olan hava uçuşlarının qadağan edilməsi nəticəsində, 2019-cu ildə Gürcüstan 150 min turist itirəcək.
25 min turist yeni qadağa ilə əlaqədar olaraq Rusiyaya geri qayıtmalı olacaq.