10 C
Baku
Thursday, December 12, 2024

Rusiya ilə NATO arasında nüvə raketi böhranı – Bloq

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, NATO hərbi eskalasiyanın qarşısını almaq üçün əlaqə saxlamaqdan imtina edərsə, Rusiya NATO-nun planlarına cavab olaraq Avropada orta mənzilli nüvə raketləri yerləşdirməyə məcbur ola bilər. Ryabkovun xəbərdarlığı Şərq-Qərb gərginliyinin Soyuq Müharibənin bitməsindən bəri ən pis həddə çatdığı dövrdə qitədə yeni silahlanma riskini daha da artırmış oldu.
Ryabkov qeyd edib ki, Qərb Avropada orta mənzilli nüvə silahlarının moratoriumun ona qoşulmaqdan imtina edərsə, Rusiya hərəkətə keçmək məcburiyyətində qalacaq. O, Rusiyanın RİA xəbər agentliyinə bildirib ki, siyasi və diplomatik həll yolunda irəliləyişin olmaması Rusiyanı hərbi texnologiya yarışında yeni raundla cavab verməyə vadar edəcək.
Eyni zamanda Avstriyanın İnsbruk Universitetində Rusiyanın xarici siyasəti və silahlara nəzarət üzrə eksperti Gerhard Mangott’a görə, əgər Rusiyanın illərdir raketlərin yerləşdirilməsi ilə bağlı iddiaları rədd etməsi əsaslı olarsa və NATO razılaşma ilə bağlı danışıqlara getməmək mövqeyində dayanarsa, o zaman Avropa bu dəfə, şübhəsiz ki, Rusiyanın qərb sərhədində illərdir Avropanın etiraz etdiyi raket komplekslərini yerləşdirəcəyini görəcək.
Ryabkov həmçinin ötən həftə ABŞ və Sovet İttifaqını nüvə müharibəsi astanasına gətirən 1962-ci ildə Kuba raket böhranı ilə cari gərginliyin müqayisəsini bir daha xatırladıb. O deyib ki, NATO-nun Soyuq Müharibə zamanı nüvə silahı daşıya bilən Perşinq raketlərini idarə edən 56-cı Artilleriya Komandanlığının ötən ay bərpası da daxil olmaqla, orta mənzilli raketlərin yenidən yerləşdirilməsinə yaxınlaşmağında “dolayı işarələr” var.
NATO Avropada ABŞ-nin yeni raketlərinin olmayacağını və Rus raketlərinə lazım gələrsə adi silahlarla mane olacağını bildirsə də, Ryabkov bildirib ki, ittifaq Rusiya üçün tam etibarsızdır. O həmçinin əlavə edib ki, “onlar öz xeyrinə istədikləri kimi hərəkət edə biləcəklərinə və bizim sadəcə olaraq bütün bunları həzm edib qəbullanacağımıza inanırlar, lakin bu, belə davam etməyəcək”.
(c) Topçubaşov Mərkəzi
Son xəbərlər
Digər xəbərlər