-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya iqtisadiyyatı 0,7% azalıb

Rusiyada ÜDM-in həcmi 2016-cı ilin yanvar-avqust ayları ərzində illik müqayisədə 0,7% azalma göstərib. “TASS” agentliyinə istinadən xəbərə görə, bu açıqlamanı Rusiya İqtisadi İnkişaf Nazirliyi verib. 

Nazirlik həmçinin bildirib ki, mövsümi amillərdən kənar ÜDM-də ilin ilk 8 ayında dəyişiklik qeydə alınmayıb.

Bununla yanaşı, Rusiyanın müsbət xarici ticarət saldosu yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə 48,8% azalıb. Avqustda ölkədə pərakəndə ticarət dövriyyəsi (mövsümi amillər nəzərə alınmadan) 0,1% azalıb.

Report

Son xəbərlər
Digər xəbərlər