Beynəlxalq Kredit Dərəcələndirmə Təşkilatı “Fitch Ratings” Rusiyanın suveren kredit reytinqini yüksəldib.
“Bloomberg”ə istinadən xəbərə görə, beləliklə, ölkənin reytinqi mənfidən stabilə çəkilib. Agentliyin ekspertləri bəyan edib ki, Rusiya neftin qiymətinin ucuzlaşmasına qarşı ardıcıl siyasət yürüdüb.
Bu arada “Fitch Ratings”in hesabatında Rusiyanın büdcə kəsirinin ümumi daxili məhsula nisbətinin 2016-cı ildə 4 faiz olduğu halda 2018-ci ildə 1,5 faizə düşəcəyi qeyd edilib. İqtisadi artımın isə bu ilki 0,5 faizdən 2017-ci ildə 1,3, 2018-ci ildə 2 faizə yüksələcəyi təxmin edilir.
Publika.az