9 C
Baku
Thursday, December 12, 2024

Rusiya iqtisadiyyatın dedollarizasiyasına hazırlaşır – Putin Fərman imzaladı

Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyasında ölkə iqtisadiyyatında xarici valyutadan istifadənin minimuma endirilməsi və maliyyə sisteminin xarici bazarlardan asılılığının azaldılması nəzərdə tutulub. “Rambler News Service”ə istinadən, bu barədə Rusiya Prezidentinin müvafiq fərmanında bildirilir.

Sənəddə həmçinin deyilir ki, qarşıda duran əsas vəzifələr milli maliyyə bazarının infrastrukturunun, milli hesablaşma sisteminin, milli ödəniş kartları sisteminin və milli maliyyə xəbərləri ötürücü sisteminin inkişaf etdirilməsi olmalıdır. Həmçinin, strategiya daxili bazarda uzunmüddətli maliyyə mənbələrinin inkişafını və dövlət maliyyəsinin investisiyayönümlü olması zərurəti prioritet məsələlər kimi qəbul edilib.

Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyası təsdiq edilib

Rusiya Prezidenti Vladimir Putin ölkənin 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyasını təsdiq edib. Bu, Strategiyada Rusiya Federasiyasına qarşı yarana biləcək iqtisadi təhlükələr, həmçinin onun qarşısının alınması üçün dövlət siyasətinin əsas istiqamətləri yer alıb.

“Cari strategiya iqtisadi təhlükəsizliyə qarşı tədbirlərin görülməsinə istiqamətlənib. Bununla yanaşı, strategiyada xammal-ehtiyat, istehsal və maliyyə sahələrində böhran hallarının aradan qaldırılması, həmçinin əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısının alınması kimi tədbirlər yer alıb”, – deyə dövlət başçısının müvafiq fərmanında qeyd olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər