2 C
Baku
Saturday, December 14, 2024

Rusiya istiqraz ödənişini dollar və avro ilə etdiyini açıqladı

Rusiyada vaxtı keçmiş xarici borclar üzrə istiqraz ödənişləri dollar və avro ilə həyata keçirilir.

Bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.

“2026-cı il müddətinə 71,25 milyon ABŞ dolları və 2036-cı il müddətinə 26,5 milyon avro dəyərində avroistiqraz ödənişləri həyata keçirilib. Beləliklə, ixrac sənədlərində göstərilən şərtlərə uyğun olaraq müvafiq öhdəliklər yerinə yetirilib”, – açıqlamada deyilir.

Qeyd edək ki, Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın ödəməli olduğu xarici borclarını ödəməməsi ehtimalı narahatlıq doğurub. Rusiya Maliyyə Nazirliyi aprelin 29-da bəyan edib ki, avroistiqraz ödənişini dollarla ödəyə bilib.

ABŞ administrasiyasının Rusiyanın gələcəkdə ödəyəcəyi istiqraz ödənişləri ilə bağlı necə mövqe sərgiləyəcəyi hələlik bəlli deyil.

 

 

Son xəbərlər
Digər xəbərlər