İsveçin NATO-ya üzvlüyü Şimali Avropa və Baltikyanıda sabitliyə olduqca mənfi təsir edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini ratifikasiya etməsinə münasibət bildirərkən deyib.
“On illiklər ərzində Rusiyaya qarşı açıq düşmənçilik aparan bloklara qoşulmamaq siyasətindən imtina etmək sadə isveçlilərin müdafiə hissini çətin ki, gücləndirsin. Biz təhlükəsizliyimizin zəifləməsinə imkan verməyəcəyik. Bu barədə Rusiya rəhbərliyi dəfələrlə bəyan edib. Ölkəmizin müdafiə qabiliyyətini gücləndirmək məqsədi ilə siyasi və hərbi-texniki xarakterli cavab tədbirləri görəcəyik”, – Rusiya XİN rəsmisi vurğulayıb.
Zaxarova qeyd edib ki, Rusiya İsveçin NATO-ya inteqrasiyası çərçivəsində görüləcək tədbirlərdən, o cümlədən, bu ölkənin ərazisində NATO-dan zərbə sistemlərinin yerləşdirilməsin mümkünlüyündən asılı olaraq tədbirlər görəcək.