Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinə və Kiyev şəhərinə raketlər atıb.
Bu barədə “Strana” məlumat yayıb.
Həmçinin qeyd olunub ki, Ukraynanın Sumı və Odessa vilayətlərində də partlayış səsləri eşidilib, hava hücumundan müdafiə (HHM) sistemləri işləyir.
Xatırladaq ki, bu gün səhərdən etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalının verilməsi barədə məlumatlar yayılmışdı.