15 C
Baku
Tuesday, April 30, 2024

Rusiya kriptovalyuta mayninqi üzrə dünyada ikinci olub

“BitRiver” dünya ölkələrinin kriptovalyuta mayninqi üzrə reytinqini açıqlayıb. Rusiya (1 GVt) ilk dəfə bu reytinqdə ikinci yerə yüksəlib, lider isə yenə ABŞ (3-4 GVt) olaraq qalır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Kriptovalyuta istehsalı üzrə Top 10-luğa həmçinin Fars körfəzi ölkələri (700 MVt), Kanada (400 MVt), Malayziya (300 MVt), Argentina (135 MVt), İslandiya (120 MVt), Paraqvay (100-125 MVt), Qazaxıstan (100 MVt) və İrlandiya (90 MVt) daxil olub.

“BitRiver” ekspertləri Rusiyadakı müsbət dinamikanı Qazaxıstanda maynerlərin işinə qoyulan məhdudiyyətlər və Çində elektrik enerjisi çatışmazlığı ilə əlaqələndiriblər. ABŞ bazarında inkişaf elektrik enerjisinin qiymətinin artması, mayninq gəlirlərinin azalması və vergi güzəştlərinin aradan qaldırılması səbəbindən yavaşlayıb.

“CoinMarketCap”ın məlumatına görə, aprelin 7-də Bakı vaxtı ilə saat 05:00-da dünyanın ən böyük kriptovalyutası Bitcoin-in dəyəri bir sikkə üçün 28 000 dollardan bir qədər çox olub. Kriptovalyutanın bazar kapitallaşması təxminən 543.4 milyard dollar təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər