18 C
Baku
Saturday, May 4, 2024

Rusiya LNG istehsalını 140 mln. tona çatdıracaq

Rusiya Federasiyasının Energetika Nazirliyi mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının 2035-ci ilə qədər 140 mln. tona çatdırılması proqnozuna əməl edir.

Bu barədə nazirliyin rəhbəri Nikolay Şulqinov “RİA Novosti“yə müsahibəsində bildirib.

“2035-ci ilə qədər bizim proqnozun yuxarı həddi var – 140 mln. ton, ona yenidən baxılmayıb. 2030-cu ilə qədər isə 100 mln. ton yeni hədəfimizdir”, – Nikolay Şulqinov qeyd edib.

O, Dövlət Dumasında daha əvvəl LNG istehsalını 180 milyon tona çatdırmağın mümkün olacağı ilə bağlı fikirlər səsləndirmişdi.

“Hesab edirəm ki, indiki şəraitdə belə planlar o qədər də real deyil”, – nazir bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər