-3 C
Baku
Sunday, December 15, 2024

Rusiya mənşəli brilyantların G7 ölkələrinə idxalı qadağan ediləcək

Rusiya mənşəli almazlardan üçüncü ölkələrdə cilalanan 1 karatlıq və ya daha böyük brilyantların G7 ölkələrinə idxalına qadağa 2024-cü il martın 1-dən qüvvəyə minəcək.

Bu barədə Avropa Komissiyasının Rusiyaya qarşı 12-ci sanksiya paketində qeyd edilib. 2024-cü il sentyabrın 1-dən isə qadağa sintetik (laboratoriyada yetişdirilən) brilyantlara, zərgərlik məmulatlarına və çəkisi 0.5 karatdan çox olan almazlı saatlara da şamil ediləcək.

Avropa Komissiyasının məlumatına görə, G7-nin bütün üzvləri 2024-cü il yanvarın 1-dən gec olmayaraq Rusiyadan almaz idxalına birbaşa qadağa qoyacaq. İndiyədək yalnız ABŞ və Böyük Britaniya Moskvaya qarşı analoji sanksiya tətbiq edib.

Sanksiyaların məqsədi Rusiyanı ildə 4 milyard avroluq gəlir mənbəyindən məhrum etməkdir ki, bunun da təxminən 1.5 milyard avrosu Avropa İttifaqına illik tədarükdən qazanılır.

2022-ci ilin iyulundan 2023-cü ilin aprelinədək Rusiyadan Aİ-yə birbaşa brilyant idxalı 1.6 milyard avrodan 300 milyon avroya enib ki, bu da öncəki dövr ilə müqayisədə 80 faizdən çox azalma deməkdir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər