18 C
Baku
Tuesday, April 23, 2024

Rusiya Mərkəzi Bankı kriptovalyutalara qadağa qoyulmasını təklif edib

Rusiya Mərkəzi Bankı ölkədə kriptovalyutanın buraxılışı, dövriyyəsi və mübadiləsi kimi əməliyyatları qadağan etməyi təklif edib.

Banker.az xəbər verir ki, bu barədə tənzimləyicinin ictimai məsləhətləşmələr üzrə hesabatında deyilir.

Rusiya Bankı nə təklif edir:

– Rusiyadakı hüquqi və fiziki şəxslər tərəfindən satılan və alınan mallara, eləcə də xidmətlərə görə ödəniş vasitəsi kimi kriptovalyutanın istifadəsinə qoyulmuş qadağanın pozulmasına görə məsuliyyət tətbiq edilsin.

– Buraxılış və buraxılışın təşkili, habelə Rusiyada kriptovalyutaların dövriyyəsi və mübadiləsi qadağan edilsin.

– Bu qadağanın pozulmasına görə məsuliyyət müəyyənləşdirilsin.

– Qanunvericilik səviyyəsində maliyyə təşkilatlarının kriptovalyutalara və onunla əlaqəli maliyyə alətlərinə investisiyasına qadağa qoyulsun.

Mərkəzi Bank kriptovalyutalara bağlı risklərin monitorinqini inkişaf etdirməyi planlaşdırır. Rusiya tənzimləyicisi xarici kriptobirjaların tənzimləyiciləri ilə qarşılıqlı əlaqə qurmağı və xarici ödəniş sistemlərində rusların əməliyyatları haqqında məlumat almasını təmin etməyi zəruri hesab edir.

Bundan əlavə, tənzimləyici Federal Vergi Xidməti, Mərkəzi Bank və “Rosfinmonitorinq” arasında məlumat mübadiləsini təşkil etməyi təklif edir.

Rusiya Mərkəzi Bankının maliyyə sabitliyi Departamentinin direktoru Yelizaveta Danilova izah edib ki, qadağa kriptovalyutaların saxlanması, alınması və satışı kimi əməliyyatlara şamil edilmir. Lakin gələcəkdə Mərkəzi Bank transsərhəd ödənişləri tənzimləməyə başlaya bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər