22 C
Baku
Tuesday, April 23, 2024

Rusiya Mərkəzi bankı niyə heç vaxt olmadığı qədər çox qızıl alıb?

Ötən il Mərkəzi Banklar heç vaxt olmadığı kimi çoxlu həcmdə qızıl alıb. Birinci sırada Rusiya gəlir.

“Təkcə ötən il Rusiya Mərkəzi Bankı 274 ton qızıl almaqla bu qiymətli metalın ən böyük alıcısına çevrilib. Ümumdünya Qızıl Şurasının məlumatına əsasən, Mərkəzi Banklar tərəfindən həyata keçirilən ticarət həcminin 40%-i Rusiyanın payına düşüb. Qızıl alışı Rusiya hökumətinin anti-böhran siyasətinin mühüm hissəsidir. Kreml bu yolla dollardan asılılığını azaltmağa və ABŞ-ın gələcək sanksiyalarından müdafiə olunmağa çalışır”

 

ABŞ rus qızılına sanksiya qoya bilməz. “Incrementum” investisiya şirkətinin əməkdaşı Ronald Peter Ştöferle (Ronald-Peter Stöferle) qızılı minimal təbii inflyasiyaya malik, “dünyanın ən dayanıqlı valyutası” adlandırır. Üstəlik, qiymətli metal dolların dəyişməsinə qarşı ən yaxşı müdafiədir.

Beş il ərzində Amerika sanksiyaları Rusiya hökumətinə öz sərhədlərini göstərib: “Ötən ilin aprel ayında Kreml rus şirkətlərinə qarşı yönəlmiş ABŞ sanksiyalarının rublun dəyər itirməsinə və birjanın iflas etməsinə səbəb olmasının şahidi olub. Yeni sanksiyalarla bağlı narahatlıq meydana çıxıb. Məsələn, Rusiyanın qlobal ödəmə sistemlərindən çıxarılacağı deyilir”. Rusiya aldığı qızılın həcmini daha da artıra biləcəkmi? Hazırda Mərkəzi Bank qızılı əsasən Rusiyadan alır. Yerli istehsalçılardan əldə olunan qızılın üstünlüyü ondan ibarətdir ki, hasilatdan tutmuş emala kimi bütün infrastruktur Rusiyada yerləşir. Bu da qızılı dollarla deyil, yerli valyuta ilə almağa imkan yaradır. Ötən il Rusiyanın qızıl alışı ilk dəfə yerli təklifi üstələyib. 2019-cu il bankın bu strategiyasını dünya bazarında davam etdirmək niyyətində olub olmadığını göstərəcək.

Vladimir Putin artıq bu gün Mərkəzi Bankın böyük ehtiyatı ilə fəxr edir.utin NATO-nun hərbi gücündə olduğu kimi Amerikanın maliyyə sanksiyalarında da böyük təhlükə görür. Üstəlik prezident neft şoku halında nəyin bahasına olursa olsun, Rusiyanın qərb pullarından asılı vəziyyətə düşməsinin qarşısını almaq istəyir. O, Sovet İttifaqında xəbərdaredici nümunə görür: Mixail Qorbaçov spekulyasiyalarda pul itirib və neftin qiyməti kəskin şəkildə ucuzlaşanda ərzaq məhsulları almaq üçün Qərbdən milyardlarla kredit götürmək məcburiyyətində qalıb.

fins.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər