Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0,5 faiz bəndi azaldaraq 15,5%-ə endirib. Tənzimləyici 2026-cı ildə Rusiyada inflyasiyanın 4,5-5,5%-ə düşəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, “Forbes” analitiklərinin bir çoxları fərqli ssenari gözləyirdi — ilin əvvəlində qiymət artım tempinin sürətlənməsi və əhali ilə biznes arasında yüksək inflyasiya gözləntiləri fonunda faiz dərəcəsinin dəyişməz saxlanılmasını.
Rusiya Mərkəzi Bankının növbəti iclası 20 mart 2026-cı ildə planlaşdırılır. Direktorlar Şurasının qərarı ilə bağlı press-reliz Moskva vaxtı ilə saat 13:30-da dərc olunur.






