Rusiya Mərkəzi Bankı 2024-cü ilin ilk iclasında uçot faiz dərəcəsini 16% səviyyəsində saxlamaq qərarını verib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Tənzimləyici uçot faiz dərəcəsi ilə bağlı açıqlamasında qeyd edir ki, inflyasiyanın hədəfə qayıtması və onun daha da 4%-ə yaxın sabitləşməsi uzunmüddətli sərt monetar şəraiti nəzərdə tutur.
Fevralın 12-nə olan məlumata görə, Rusiyada illik inflyasiya 7.4% təşkil edib.