Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 18%-dən 17%-ə endirib, bu barədə tənzimləyicinin saytında deyilir.
Xatırladaq ki, daha əvvəl iqtisadi ekspertlər Rusiya Mərkəzi Bankının uçot faiz dərəcəsini 2-4% azaldacağını gözləyirdilər. Sentyabrın 8-nə olan hesablamalara görə, Rusiyada illik inflyasiya 8.2% təşkil edib.
Qeyd olunur ki, uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın yavaşlamasının davamlılığından asılı olaraq qəbul ediləcək.
İyun ayında Rusiya Mərkəzi Bankı 2022-ci ilin sentyabrından bəri ilk dəfə uçot faiz dərəcəsini rekord 21%-dən 20%-ə endirmişdi. Göstərici ötən ilin oktyabr ayının sonundan etibarən tarixi maksimuma çatmışdı. İyul ayında tənzimləyici dərəcəsi yenidən 2 faiz bəndi azaltmışdı – illik 18%.