Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini gözlənilmədən 21% səviyyəsində saxlayıb. Tənzimləyicinin açıqlamasında deyilir ki, Rusiyada inflyasiya təzyiqi yaxın aylarda sərt monetar şərtlərin təsiri altında azalmağa başlayacaq.
Xatırladaq ki, daha əvvəl Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 19%-dən 21%-ə qaldırıb ki, bu da tarixi maksimum olub.
Gələn həftə, dekabrın 28-də Rusiya Bankı bugünkü məzənnə qərarının müzakirəsinin təfərrüatları ilə xülasə dərc edəcək. Bankın İdarə Heyətinin məzənnə ilə bağlı növbəti iclası 14 fevral 2025-ci il tarixinə təyin edilib.