Fevralın 14-də keçirilən iclasda Rusiya Mərkəzi Bankının idarə heyəti uçot faiz dərəcəsini illik 21% səviyyəsində saxlamaq qərarına gəlib, tənzimləyicinin bəyanatında deyilir.
Xatırladaq ki, bank 2024-cü ilin dekabrında keçirilən öncəki iclasda da uçot faiz dərəcəsini 21% səviyyəsində saxlamışdı. Tənzimləyici bu qərarı “pul-kredit şərtlərinin əhəmiyyətli dərəcədə pisləşməsi” ilə izah edib.
Qeyd edək ki, fevral ayında rubl möhkəmlənib. Bu, Vladimir Putin və Donald Trampın Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar barədə telefon danışığından sonra baş verib.