Rusiya Bankı (Rusiya Mərkəzi Bankı) uçot faiz dərəcəsini 50 baza bəndi azaldıb.
Banker.az Bank Rusiyaya istinadən xəbər verir ki, uçot faiz dərəcəsini gözlənildiyi kimi 8.00 faizdən 7.50 faizə endirib.
Rusiya Bankı uçot faiz dərəcəsini 2022-ci ilin 28 fevral tarixdində 9.50 faizdən 20.00% faizə qədər kəskin artırmışdı. Həmin zaman sərt sanksiyalar ilə üzləşmə nəzərə alaraq atılmışdı bu addım. Lakin, sonradan ölkənin enerji resurslarının bahalaşmasından gəlirlərinin yüksəlməsi və birjalardakı məhdudiyyətlər səbəbindən rublun kursu bir qədər möhkəmləndi və bu hökuməti narahat etməyə başladı.
Bu səbəbdən də apreldə keçirlən iclasda 14%, mayın sonunda keçirlən iclasda 11%-ə, iyunda 9.5%-ə, iyulunda 8.00%-ə endirilmişdi.