Rusiya Mərkəzi Bankı valyuta intervensiyalarını həyata keçirməyə hazırdır.
Bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.
Onun sözlərinə görə, valyuta intervensiyasının həyata keçirilməsi yalnız maliyyə sabitliyi riskləri zamanı mümkündür: “İndi belə risklər yoxdur”, deyə Rusiyanın baş bankiri vurğulayıb.
Qeyd edək ki, Rusiya rublu son iki ayda xarici valyutaya nisbətdə dəyər itirməyə davam edir. Bu gün Moskva birjasında 1 ABŞ dollarının məzənnəsi 93 rublu, 1 avronun məzənnəsi isə 102 rublu ötüb.