12 C
Baku
Wednesday, December 11, 2024

Rusiya Mərkəzi Bankı xarici valyutalar üzrə komissiyanı 30%-dən 12%-ə endirir

Rusiya Bankı fiziki şəxslər üçün valyuta alışına komissiyanı azaltmaq qərarına gəlib. İndi bu 30% yox, 12% olub. Bu barədə tənzimləyicinin saytında yerləşdirilən məlumatda deyilir.

Banker.az xəbər verir ki, komissiya bu gündən, martın 4-dən azaldılır. Məqsəd “bazarda rəqabət şəraitinin bərabərləşdirilməsi və maliyyə sabitliyinin qorunmasıdır”.

30%-lik komissiya dünən, martın 3-ü Mərkəzi Bank tərəfindən müəyyən edilib. Rusiya Mərkəzi Bankı bildirilib ki, bu, “banklar və brokerlər arasında rəqabət şərtlərini bərabərləşdirir, çünki bankların valyutanın alış və satış məzənnələri arasındakı spreddən istifadə etmək imkanı var”. Həmin gün tənzimləyici dollar və avronun rəsmi məzənnələrini 10 rubla qaldırıb.

Son xəbərlər
Digər xəbərlər