8 C
Baku
Monday, November 18, 2024

Rusiya Mərkəzi Bankı yeni əskinaslarını təqdim edəcək

Rusiya Bankı 2023-cü ilin oktyabrında min və 5 min rubl nominalında modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.

Bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov deyib.

“Biz onu oktyabrda təqdim etməyi planlaşdırırıq. Ənənəyə uyğun olaraq, Qoznakla birgə mətbuat konfransı keçirəcəyik. Əskinaslar müasirdir – dünya tendensiyaları ruhunda”, – Belov bildirib.

Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini qeyd edib ki, yenilənmiş 100 rublla müqayisədə min və 5 min rublluq əskinaslarda daha çox təhlükəsizlik elementləri olacaq.

“Bu, ümumi prinsipdir – nominal nə qədər yüksək olsa, təhlükəsizlik kompleksi bir o qədər mürəkkəbdir”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər