Rusiya Mərkzi Bankı yeni 1000 rublluq əsginasın buraxılmasını dayandırmaq qərarına gəlib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Bildirilir ki, əsginasın dizaynına dəyişiklik ediləcək.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı həmin əsginası oktyabrın 16-da təqdim edib. Onun arxa tərəfində 17-ci əsrdə tikilmiş Kazan Kremlindəki saray kilsəsi təsvir edilib. İndi binada Tatar Xalqının və Tatarıstan Respublikasının Dövlətçilik Tarixi Muzeyi yerləşir. Kilsənin günbəzində xaç yoxdur.