Rusiyanın Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina 2016-cı ili ərzində 26 mln.940 min rubl pul qazanıb (787 min manat). Bu haqqda onun həyat yoldaşı , Moskva dumasının deputatı, Ali İqtisadi Məktəbin rektoru Yaroslav Kuzminin gəlir haqqında deklarasiyasında məlumat verilir. Xanım rəhbərin qazancı, əvvəlki ilə nisbətən 3 mln. rub çoxdur.
Buna da bax – Vladimir Putin və Dmitri Medvedev gəlirləri haqqında açıqlama verdi
Elvira Nabiullinaya məxsus olan 2 ev vardır. Bir ev (70 kv) həyat yoldaşı ilə ona, digər ev isə (112kv) tam olaraq özünə məxsusdur. Həmçinin ailənin adında bağ evi (326 kv) və torpaq sahəsi vardır. Şəxsi avtomobilləri yoxdur.