13 C
Baku
Saturday, November 23, 2024

Rusiya, Macarıstan, Serbiyadan idxala müvəqqəti məhdudiyyət qoyuldu

Rusiyanın Saratov vilayətində Nyukasl, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində, Serbiyanın Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski və Qərbi-Baçski dairələrindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Buna səbəb isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd edilən ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər