Rusiya müqəddəs Ramazan ayı ərəfəsində Maliyə 20 milyon litr dizel yanacağını pulsuz verib.
Bu barədə Malinin enerji şirkəti EDM-nin baş icraçı direktoru Abdulay Cibril Diallo bildirib.
Onun sözlərinə görə, dizel yanacağı Ramazan bayramı zamanı ölkədə işıqlandırmanın saxlanmasına kömək edəcək:
“Biz bu həcmdən bir neçə gün sonra başlayacaq Ramazan ayı ərzində istifadə edəcəyik ki, tələbatın pik olduğu bu dövrdə elektrik enerjisinin kəsilməsini azaldaq”.
Qərbi Afrika ölkəsində 2024-cü ildə elektrik enerjisinin kəsilməsinin müddəti gündə 19 saata qədər artıb. Belə ki, dövlət enerji şirkəti olan “Energy du Mali SA” ödənilməmiş borclara görə artıq yanacaq almaq üçün yeni kreditlər əldə edə bilmir.
Keçən il Malidə quru mövsümdə hər gün on saat elektrik enerjisi kəsilirdi.