13 C
Baku
Saturday, April 27, 2024

Rusiya malların paralel idxalını leqallaşdırdı

Rusiyanın baş naziri Mixail Mişustin müəyyən növ məhsullar üçün Rusiyaya paralel mal idxalına icazə verən sənəd imzalayıb. Ehtimal olunur ki, bu cür məhsulların idxalı məhsulun müəllif hüquqları sahibi, istehsalçısı və ya dilerindən icazə alınmadan həyata keçirilə bilər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Malların siyahısı Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən müəyyən ediləcək.

“İmzalanmış digər sənəd paralel idxal deyilənlərlə bağlıdır. Mexanizmin məqsədi intellektual fəaliyyətin nəticələrini ehtiva edən mallara olan tələbatı ödəməkdir. İndiyədək onların müəllif hüquqları sahibinin icazəsi olmadan ölkəmiz ərazisində satışı mümkün deyildi”, – mesajda bildirilib.

Sənaye və Ticarət Nazirliyində qeyd edildiyi kimi, siyahıya “istehlak bazarını doldurmaq üçün zəruri olan” məhsullar daxil ediləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər