Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhənin bütün istiqamətlərində hücuma keçmək üçün əmr verib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sergey Şoyqu Rusiyanın Ukraynadakı “Cənub” və “Mərkəz” qoşunları qruplaşmasını təftiş edib.
Məlumata görə, nazir bütün əməliyyat zonalarında qrupların hərəkətlərinin daha da artırılması üçün lazımi göstərişlər verib.