13 C
Baku
Thursday, April 18, 2024

Rusiya MN Ukraynanın itkilərini açıqlayıb

Rusiya qırıcıları ötən sutka ərzində Ukraynanın iki Su-25 hücum təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiya qırıcılarının ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini Xerson vilayətinin Zaqradovka və Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqələri üzərində havada vurduqlarını qeyd edib.

Bundan əlavə, Konaşenkov ötən gün Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Zaporojye vilayətinin Orexovo kəndi yaxınlığında Ukraynaya məxsus Mi-8 helikopterini, həmçinin gün ərzində havada Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatını vurduqlarını bildirib.

Rusiya MN sözçüsü müharibə başlayandan Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 182 təyyarə, 128 helikopter, 1045 pilotsuz uçuş aparatı, 324 zenit-raket kompleksi, 3297 tank və digər zirehli döyüş texnikası, 444 reaktiv yaylım atəşi sistemi, 1714 səhra artilleriya qurğuları və minaatanları, o cümlədən 3245 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

 

 

Son xəbərlər
Digər xəbərlər