13 C
Baku
Saturday, November 23, 2024

Rusiya neft tədarükünü gündəlik 300 min barel azaltmağa davam edəcək

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkə ilin sonuna qədər dünya bazarlarına neft və neft məhsullarının tədarükünü sutkada 300 min barel azaltmağa davam edəcək. Onun neft bazarındakı vəziyyətlə bağlı bəyanatını Rusiya hökumətinin mətbuat xidməti yayıb.

“Rusiya 2023-cü ilin sentyabr və oktyabr aylarında qüvvəyə minmiş neft və neft məhsullarının dünya bazarlarına tədarükünün gündəlik 300 min barel əlavə könüllü azaldılmasını 2023-cü ilin dekabr ayının sonuna qədər davam etdirəcək”, – Novak söyləyib.

Dekabrda neft hasilatının azaldılması və ya artırılması ilə bağlı qərar qəbul etmək üçün bazar təhlili aparılacaq, deyə o əlavə edib. Novakın sözlərinə görə, əlavə könüllü tədarük ixtisarı OPEC+ ölkələrinin neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün gördüyü tədbirləri gücləndirməlidir.

Sentyabrın 5-də Rusiya neft ixracının sutkada 300 min barel azaldılmasının 2023-cü ilin sonuna qədər uzadılacağını açıqlayıb. Novak daha sonra azalma həcmlərinin “qlobal neft bazarındakı vəziyyətdən asılı olaraq” aylıq düzəldiləcəyini söyləyib.

Bu ilin martından 2024-cü ilin sonuna qədər Rusiya könüllü olaraq neft hasilatını sutkada 500 min barel azaldır. Bundan əlavə, avqustda Rusiya ixracı sutkada 500 min barel, sentyabrda isə 300 min barel azaltmaq qərarına gəlib. Bu azalma OPEC+ sazişi çərçivəsində razılaşmalara şamil edilmir.

Daha səkkiz OPEC+ ölkəsi, o cümlədən Rusiyanın əsas tərəfdaşı Səudiyyə Ərəbistanı da neft hasilatının könüllü azaldılmasına qoşulub. Krallıq mayın 1-dən gündəlik neft hasilatını 500 min barel, iyuldan ilin sonuna qədər isə daha 1 milyon barel azaldıb.

Son xəbərlər
Digər xəbərlər