Rusiyanın Urals markalı neftinin qiyməti bir barelə görə 51.96 dollara düşüb.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Beləliklə, Rusiya neftinin qiyməti Avropa İttifaqının müəyyən etdiyi 60-70 dollar səviyyəsindən də aşağıda olub.
Bu arada Bloomberg onu da qeyd edir ki, Rusiya neftinin dünya bazarlarına tədarük həcmi əvvəlki ayın səviyyəsində qalır və hazırda azalma tendensiyası görünmür.