Rusiya Federasiyası 2023-cü ildə “nüvə üçlüyü” inkişaf etdirməyə davam edəcək.
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə bildirib.
O, Müdafiə Nazirliyinin 2023-cü ildə Rusiya qoşunlarının müasir zərbə silahlarının arsenalını genişləndirməyi planlaşdırdığını da söyləyib.
“2023-cü ildə Müdafiə Nazirliyi vətəndaşların təşəbbüslərinə reaksiya mexanizmlərini təkmilləşdirəcək. RF Silahlı Qüvvələrinin döyüş hazırlığı xüsusi hərbi əməliyyat zonasında və Suriyada qoşunların təcrübəsinə əsaslanaraq təkmilləşdiriləcək. Rusiya 2023-cü ildə Hava Kosmik Qüvvələrinin döyüş qabiliyyətini artıracaq”, deyə Şoyqu qeyd edib.