6 C
Baku
Sunday, December 15, 2024

Rusiya ölkə mətbuatının fəaliyyətini qadağan edən ölkələrə qarşı tədbir görəcək

Rusiya Prezidenti Vladimir Putin Rusiya KİV-lərinin fəaliyyətini qadağan edən ölkələrin media qurumlarına qarşı oxşar tədbirlərin görülməsinə imkan verən qanunu imzalayıb.

Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanunda deyilir:

“Rusiya KİV-lərinin xarici dövlətdə fəaliyyəti qadağandırsa (məhdudlaşdırılırsa), Rusiya Federasiyasının Baş Prokurorunun və ya Baş Prokurorunun müavininin qərarı ilə həmin dövlətin media qurumunun fəaliyyəti qadağan edilir (məhdudlaşdırılır)”.

Müvafiq olaraq, Rusiyada xarici media təşkilatının akkreditasiyası və ya lisenziyası ləğv edilə və fəaliyyəti qadağan edilə bilər.

Bundan başqa, Putinin imzaladığı qanuna əsasən, Rusiya vətəndaşlarının həyatı, sağlamlığı və varlığı üçün təhlükə yaradan, dövlət asayişini pozacaq xəbərlər yayan media qurumlarının fəaliyyəti dayandırılacaq. Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yayan KİV-lər də bu tədbirə məruz qalacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər