23 C
Baku
Saturday, April 20, 2024

Rusiya OPEC+ razılaşması çərçivəsində neft hasilatını 14% azaltmağa hazırdır

Rusiya OPEC+ razılaşması çərçivəsində neft hasilatını 14% (gündə 1,6 milyon barelə qədər) azaltmağa hazır olduğunu bildirib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Gözləndiyi kimi, aprelin 9-da keçiriləcək iclasda təkcə OPEC+ müqaviləsinin iştirakçıları deyil, eyni zamanda Braziliya, Norveç, Kanada, Meksika və digərləri iştirak edəcək. Ümumilikdə bu ölkələrin neft hasilatı gündə 70 milyon barel təşkil edir.

Xatırladaq ki, 2019-cu ilin dekabrında OPEC+ müqaviləsi neft hasilatının gündə 2,1 milyon barel azaldılmasını nəzərdə tuturdu. Buna baxmayaraq, cari ilin mart ayında Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı mübahisələr bu müqavilənin pozulmasına gətirib çıxarıb. Belə ki, Rusiya neft hasilatının olduğu səviyyədə saxlamağın, Səudiyyə Ərəbistanı isə daha çox azaldılmasının tərəfdarı olub.

Son xəbərlər
Digər xəbərlər