8 C
Baku
Wednesday, December 25, 2024

Rusiya ordusu niyə Ukraynada istədiyi irəliləyişə nail ola bilmir?

Rusiya dünyanın ən böyük və ən güclü ordularından birinə sahibdir, lakin indiyə qədər Ukraynada istədiyi irəliləyişə nail ola bilməyib. Qərbin bir çox hərbi eksperti Rusiyanın döyüş meydanındakı fəaliyyətinə təəccübünü gizlətmir.

İrəliləmənin ləngliyi, bəzi hərbi ekspertləri “Rusiya itkilərinin öhdəsindən gələ biləcəkmi?” sualını verməyinə səbəb olub. NATO-nun yüksək rütbəli hərbi rəsmisi ötən həftə BBC-yə müsahibəsi zamanı “Açığı, Rusiya öz məqsədlərinə çata bilmədi, böyük ehtimal ki, sonacan da çata bilməyəcək” deyib.

Bəs səhv nədə oldu? Qərbin yüksək rütbəli hərbçi və kəşfiyyatçıları Rusiyanın yol verdiyi xətalar barədə fikir bildiriblər.

Yanlış fərziyyələr

Rusiyanın ilk səhvi Ukraynanın Rusiya ilə müqayisədə xeyli kiçik olan ordusunun müdafiə mexanizmini qiymətləndirməmək oldu. Rusiya illik müdafiə xərclərinə $60 mlrd. vəsait ayırdığı halda Ukrayna $4 mlrd. ayırır. Bu da Rusiyanın qarşısındak gücü zəif görməyinə səbəb oldu.

Rusiya güclü orduya sahib bir çox ölkələr kimi öz hərbi gücünü də gözündə həddindən artıq böyütmüş ola bilər. Prezident Vladimir Putin uzun müddətdir ki, Rusiya ordusunun modernizasiya proqramı üçün qətiyyətlə çalışır və bunun qarşılığnda ordusunun reallıqda olduğundan daha çox gücləndiyi düşünmüş ola bilər.

İngiltərə ordusunun yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, Rusiyanın müdafiə sərmayələrinin böyük bir hissəsi nüvə potensialının inkişafı və bununla bağlı eksperimentlərin aparılması üçün istifadə olunur. Bura hipersəsli raketlər kimi yeni silahların istehsalı da daxildir.

Rusiyanın Qırmızı Meydanda keçirilən Qələbə Günü paradlarında nümayiş etdirilən və dünyanın ən qabaqcıl tankı kimi təqdim edilən T-14 Armata-nın bu müharibədə istifadə edildiyini hələ görməmişik. Rusiyanın bu  döyüşlərdə istifadə etdiyi tankların əksəriyyəti köhnə T-72 tankları, zirehli heyət daşıyıcılar, artilleriya və raket qurğularıdır.

İşğalın əvvlində Rusiyanın havada ox açq üstünlüyü var idi, sərhədə göndərilən döyüş təyyarələrinin sayı Ukraynanın döyüş təyyarələrindən üç dəfə çox idi. Buna görə də bir çox hərbi ekspert Rusiyanın havada tez bir zamanda üstünlük qazanacağını düşünürdü, amma bu baş vermədi. Ukraynanın döyüş təyyarələrinə qarşı müdafiəsi indiyədək Rusiyanın manevr imkanlarını məhdudlaşdıracaq qədər təsirli olub.

Moskva onun xüsusi təyinatlı qüvvələrinin çox çevik və həlledici rol oynaya biləcəyini də qabaqcadan düşünmüşdü.

“Rusiya Ukraynanın hava hücumundan müdafiəsinin “zəifliyinə” güvənərək, Spetsnatz və VDV kimi paraşütçülərin göndərilməsinin kifayət edəcəyini və bunun Ukraynanın müdafiəsini sıradan çıxaracağını düşünürdü”- yüksək rütbəli Qərb hərbi rəsmisi BBC-yə bildirib. Lakin ilk günlərdə Kiyev yaxınlığındakı Hostomel hava limanında planlaşdırdıqları vertolyotları məhv etmək üçün edilən hücum əks nəticə verdi və Ukrayna müdafiəsi hücumu dəf etdi. Bu, Rusiyanın qoşun, sursat və dəstək göndərmək üçün istifadə edəcəyi hava limanını ələ keçirməyinin qarşısını aldı.

Hostomel hava limanına hücum dəf edildikdən sonra Rusiya bütün dəstəyi quru yolu ilə göndərməyə başladı. Bu da müəyyən bir yolda hərəkət edən avtomobillərin və hərbi karvanların Urayna tərəfindən daha asan hədəf alınmasına səbəb oldu. Bəzi ağır silahlar bunun qarşısını almaq üçün yoldan çıxanda palçığa ilişib irəli gedə bilmirdilər.

Ən mühüm irəliləyişlər cənubdan gəldi: burada həm sursat, həm də əsgər daşımaları üçün qatar yollarından istifadə olunur.

Bütün bu hadisələrlə bağlı BBC-yə danışan İngiltərənin müdafiə naziri Ben Uolles “Putinin qüvvələri sürətini itirib. İlişib qalblar və yavaş da olsa çox böyük itkilər verirlər” -deyə, bildirib.

İtkilər və mənfi əhval-ruhiyyə

Rusiya Ukraynanın işğalı üçün sərhədə 190 min əsgər yerləşdirib və onların əhəmiyyətli bir hissəsi münaqişə xəttinə gedib, yəni müharibədə fəal iştirak edib. Lakin Qərb kəşfiyyatının məlumatına görə, onlar döyüş meydanında bu qüvvənin 10 faizini itiriblər. Rusiya və ya Ukraynanın itkiləri ilə bağlı etibarlı və təsdiqlənmiş təfərrüatlar yoxdur, lakin Ukrayna 14 min rus əsgərinin həyatını itirdiyini iddia edir. ABŞ kəşfiyyatı isə bu rəqəmin yarısının doğru ola biləcəyini düşünür.

Qərb rəsmiləri həmçinin Rusiya ordusundakı əsgərlərin mənəvi-psixoloji vəziyyətinin “çox, çox aşağı” olduğunu göstərən əlamətlər olduğunu iddia edirlər. Həftələrlə Belarusda gözləyən əsgərlər haqqında “Onlar üşüyürlər, yorğun və acdırlar” deyilir. Rusiya itkilərini əvəzləmək üçün artıq ölkənin şərqindən və Ermənistandan Ukrayna sərhədinə yeni qüvvələr göndərib. Qərb rəsmiləri Suriyadan da döyüşçülərin daşınması və onların tezliklə müharibəyə qatılacağı xəbərinə “böyük ehtimal ki, doğrudur” ifadələri işlədir.

Təchizat və logistika çatışmazlığı

Rusiyanın əslində çox təməl sahələrdə çətinlikləri var. Köhnə bir hərbi diskurs var: “Peşəkarlar maddi-texniki cəhətdən işləyir, həvəskarlarda isə taktika danışır”. Rusiyanın bu müharibədə logistika haqqında kifayət qədər düşünmədiyinə dair sübutlar var. Zirehli və silahlı maşın karvanlarında yanacaq, ərzaq və sursat çatışmır. Xarab olan maşınlar tərk edilir və Ukrayna traktorları tərəfindən çəkilir.

Qərb rəsmiləri deyirlər ki, Rusiyanın da bəzi döyüş sursatları əskik ola bilər. İndiyə qədər idarə olunan raketlər kimi uzaq məsafədə 850-900 hədəf kilidli sursatdan istifadə edilib. Onları idarə olunmayan silahlarla əvəz etmək mümkün deyil.

ABŞ rəsmiləri xəbərdarlıq edir ki, Rusiya bununla bağlı çatışmazlıqlarını aradan qaldırmaq üçün Çindən kömək istəyə bilər.

Bütün bunlara baxmayaraq, Qərb ölkələrindən Ukraynaya müntəzəm olaraq silah və hərbi sursat axını var. Bu da əhval-ruhiyyəni yüksəldir. ABŞ bu yaxınlarda müdafiə üçün əlavə $800 mln. ayıracağını açıqlayıb.

Məlumdur ki, ABŞ daha çox tank və zenit raketləri ilə yanaşı, Switchblade adlı pilotsuz uçuş aparatı da verəcək. Bu pilotsuz uçuş aparatı partlayıcılarla doldurula və hədəfə çatan anda işə salına bilir.

Qərb rəsmiləri həmçinin xəbərdarlıq edirlər ki, Putin hələ uzun müddət Ukrayna şəhərlərini bombalamaq üçün kifayət qədər hərbi qüvvəyə malikdir. Kəşfiyyat rəsmisi deyir ki, indiyədək qismən məyus olsa da, Putin təslim olmayacaq və çox güman ki, hücumlarını artıracaq: “Putin hələ də Rusiyanın Ukraynanı hərbi yolla məğlub edə biləcəyinə inanır”. Ukrayna ordusu indiyədək effektiv müdafiə nümayiş etdirsə də, Qərb ekspertləri xəbərdarlıq edirlər ki, çox ciddi dəstək və təchizat gəlməsə, əllərindəki material tez tükənə bilər. Çünki müharibənin əvvəlindəki qədər olmasa da, üstünlük hələ də rus ordusundadır.

Banker.az bu məqalədə Türkiyə mətbuatına istinad edir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər