1 C
Baku
Saturday, December 14, 2024

Rusiya Prezidenti Türkiyədə qaz habının yaradılması mövzusunun gündəmdə qaldığını bildirib

Türkiyə ərazisində qaz habının yaradılması mövzusu gündəmdə qalır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin TASS müxbirinin sualını cavablandırarkən deyib.

“Bəli, bu, gündəmdə qalır”, – dövlət başçısı bildirib.

O vurğulayıb ki, layihə böyük həcmdə qazın saxlanmasını deyil, elektron ticarət platformasının yaradılmasını nəzərdə tutur.

“Açıq şəkildə bildirmək istəyirəm ki, bu, neft və ya neft anbarı deyil – bu, qazdır. Bunu həm biz bilirik, həm də türk dostlarımız. Biz elektron ticarət platformasının yaradılmasından danışırıq. Biz qazı nəhəng anbarlarda saxlamaq düşüncəsində deyilik. Bu, sadəcə olaraq, belə bir elektron ticarət platformasının təşkili üçün əlverişli yerdir, çünki Türkiyə Avropa üçün tranzit ölkəyə çevrilib”, – Rusiya lideri aydınlıq gətirib.

Xatırladaq ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş barədə razılığa gəldiklərini, lakin görüş yerinin hələ dəqiqləşdirilmədiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər